"Bayer" PSV-nin futbolçusu Malik Tillmanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

"Bayer" amerikalı hücumameyilli yarımmüdafiəçi üçün Niderland klubuna 35 milyon avro təzminat ödəyib. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ABŞ millisinin üzvü olan Malik Tillman ötən mövsüm PSV-nin heyətində keçirdiyi 34 oyunda 16 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest