12 İyul 2025, 16:05
FUTBOL
"Nottingem Forest" "Trabzonspor"un müdafiəçisi Arseniy Bataqovu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu ukraynalı futbolçu üçün 12 milyon avro təklif edib. "Trabzonspor" bu təklifi qəbul etməyib.
Türkiyə klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün 17 milyon avro tələb edir.
Qeyd edək ki, "Trabzonspor" Arseniy Bataqovu 2024-cü ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü Super Liqa təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 2 qol vurub, 1 qol ötürməssi edib.