"Milan"ın transfer etmək istədiyi Arçi Broun karyarasını Türkiyədə davam etdirəcək.

Matc.az xəbər verir ki, "Gent"in ingiltərəli futbolçusu "Fənərbaxça" ilə anlaşıb.

Broun artıq İstanbuldadır. 23 yaşlı sol cinah müdafiəçisi "Fənərbaxça" ilə 4+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Arçi Broun2023-cü ilin yayından "Gent"də çıxış edir. 23 yaşlı oyunçu ötən mövsüm Belçika təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest