"Özümüzə olan inamı itirdik. Azarkeşlərimiz daha cəsarətli "Qalatasaray" gözləyirdi. Lakin hər şey istədiyimiz kimi getmədi".
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqası 1/8 final mərhələsinin "Liverpul"la cavab oyununda alınan ağır məğlubiyyətdən (0:4) sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 52 yaşlı mütəxəssis hakim idarəçiliyindən narazı qaldığını bildirib:
“Oyun ərzində İbrahima Konate Victor Osimhenə qarşı çox asanlıqla müxtəlif qayda pozuntuları edirdi. Dünyanın ən yaxşı hakimini gözləyirdik, amma ən pisini gördük.
Amma rəqibimiz bizdən qat-qat yaxşı oynadı. Özümüzə olan inamı itirdik. Azarkeşlərimiz daha cəsarətli "Qalatasaray" gözləyirdi. Lakin hər şey istədiyimiz kimi getmədi”.
Qeyd edək ki, görüşü Pavel Raçkovski idarə edib. Əvvəlcə oyuna Şikmon Marçinyak təyin olunsa da, baş hakim naməlum səbəblərdən dəyişdirilib.












