"Liverpool"un baş məşqçisi Arne Slot Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda "Qalatasaray" üzərində qazanılan 4:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis komandasının ideal oynadığını bildirib:

“Çempionlar Liqasının son mərhələlərinə yüksələndə bir şeyi anlayırsan ki, mütləq PSJ kimi inanılmaz komandaya qarşı oynayacaqsan. Biz bunu ötən mövsüm onlara qarşı oynayanda gördük. Səfərdə "Qalatasaray"a qarşı oynamaq çox çətin idi, "Enfild Roud"da isə ideal oyun keçirdik. Göstərdik ki, ötən mövsümün böyük hissəsində oynadığımız səviyyədə çıxış edə bilərik. Bu isə məndə və komandamızda böyük inam yaradır.

Qeyd edək ki, "Liverpul"la PSJ arasında 1/4 final mərhələsinin ilk oyunu aprelin 8-də, Bakı vaxtı ilə saat 00:00-da Fransada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest