"Nyukasl"ın və İsveçin hücumçusu Aleksandr İsak "Liverpul"la şəxsi müqaviləsinin şərtləri ilə bağlı prinsipial olaraq şifahi razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə Florian Plettenberq məlumat verib.
Bildirilir ki, müqavilə 6 il - 2031-ci ilin yayına qədər olacaq. Hücumçunun maaşı bir müddət əvvəl "Ayntraxt"dan "Liverpul"a keçən Uqo Ekitiku ilə eyni olacaq.
Daha əvvəl İsakın "Liverpul"a keçidini reallaşdırmaq üçün "Nyukasl"ın məşqini boykot etdiyi bildirilirdi.
Xatırladaq ki, isveçli forvard 2022-ci ilin yayında "Real Sosyedad"dan 70 milyon avroya "Nyukasl"a keçib. O, ötən mövsüm klubun heyətində 42 matçda 27 qol vurub və 6 məhsuldar ötürmə edib. 25 yaşlı isveçli hazırda 120 milyon dəyərində qiymətləndirilir.