"Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq"

"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Yunanıstanda "Aris" klubunu ilə üz-üzə gələcək.

Matc.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin futbolçusu Bruno Franko oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq. Meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəyik. Yəni ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq.

Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq.

Bilirik ki, sabah stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək".

Qeyd edək ki, Yunanıstandakı cavab oyunu iyulun 31-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest