Skopyedə keçiriləcək ilk oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ"ın UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin "Şkendiya" ilə matçları üçün təyinatlar açıqlanıb.

Matc.az xəbər verir ki, Skopyedə keçiriləcək ilk oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İvan Kruzliak olacaq. Ona yan xətt hakimləri Branislav Hançko və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR hakimi Mixal Oçenaş, AVAR isə Boris Marhefka olacaq.

Bakıdakı qarşılaşmada niderlandlı ədalət təmsilçiləri iş başında olacaq. Matçı Danni Makkelie idərə edəcək. Yan xətt hakimləri Hessel Steeqstra və Yan de Vries olacaq. Dördüncü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Dennis Hiqler, AVAR hakimi isə Riçard Martens olacaq.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" görüşü avqustun 5-də Skopyedə keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab oyunu isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest