"Fasilədə məşqçi mənə əlimdən gələni etməli olduğumu dedi. Qol vurmağı bacardım, amma bu, kifayət deyildi. Düşünürəm ki, yaxşı qol vurdum. Komandaya kömək etmək istəyirdim".

"Çelsi" UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turunda Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Alexandro Qarnaço oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Argentinalı hücumameyilli yarımmüdafiəçi nəticədən məmnun qalmadıqlarını deyib:

"Düşünürəm ki, qalib gəlməli idik. Çoxlu qol şansımız oldu. Nəticədən məmnun deyilik. Biz "Çelsi"yik və hər oyunda qalib gəlməyə çalışmalıyıq. Ona görə də, təkcə 1 xal istədiyimiz deyildi. Fasilədə məşqçi mənə əlimdən gələni etməli olduğumu dedi. Qol vurmağı bacardım, amma bu, kifayət deyildi. Düşünürəm ki, yaxşı qol vurdum. Komandaya kömək etmək istəyirdim. Amma qələbə qazana bilmədik. Əlbəttə ki, burada uzun bir yol var idi. Lakin, bunu etməliyik və bu, bəhanə olmamalıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest