"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska mərkəz hücumçusu Erlinq Haland və müdafiəçi Ruben Diaşın "transfer pəncərəsi" bağlanana qədər komandanın kapitanları olacağını, daha sonra isə qəti qərar veriləcəyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" idman nəşri məlumat yayıb.
Bildirilir ki, baş məşqçi transfer dövrünün bitməsini gözlədiyini qeyd edib: "Hazırda kapitanlar Ruben və Erlinqdir. Daha iki nəfəri seçməzdən əvvəl "transfer pəncərəsi"nin bağlanmasını gözləmək istəyirəm. Ruben bu klubda çıxış etdiyi müddətdə necə yaxşı oyunçu və lider olduğunu nümayiş etdirib. Kapitan və lider üçün anlamaq vacibdir ki, məhz mən onlardan daha çox şey gözlədiyim üçün kapitandırlar, onlara daha çox azadlıq və ya üstünlük verdiyim üçün yox. Hər şey tam tərsinədir. Mənim fikrimcə, məhz liderlər qrupu və kapitanlar hər an daha çoxunu nümayiş etdirməlidirlər".
Qeyd edək ki, bundan öncə komandanı meydana kapitan sarğısı ilə Bernardu Silva çıxarırdı, lakin o, bu yaxınlarda klubunu dəyişərək Madrid "Real"ına qoşulub.












