Moskvanın "Lokomotiv" klubunun və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakov İstanbulun "Qalatasaray" klubuna keçməyə bir addımlıqdadır.

Matc.az xəbər verir ki, bu barədə tanınmış italyan insayder Nikolo Skira məlumat yayıb.

Türkiyə nəhənginin rəhbərliyi 21 yaşlı yarımmüdafiəçiyə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklif edib. Maliyyə fikir ayrılıqlarını artıq həll etdilib.

"Lokomotiv" öz yetirməsi üçün sabit məbləğ və bonuslar daxil olmaqla ümumilikdə 30 milyon avro əldə edəcək. Batrakov özü isə şəxsi müqaviləsinin şərtlərinə əsasən, İstanbulda ildə 3,5 milyon avro qazanacaq.

Batrakov "qırmızı-yaşılların" klub akademiyasının yetirməsidir. Hazırda perspektivli yarımmüdafiəçinin aktivində "Lokomotiv"in əsas komandası ilə bütün rəsmi turnirlərdə keçirdiyi 84 matç var. O, bu oyunlarda 34 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest