"Qarabağ"ın “Çelsi” ilə oyunda zədələnən yarımmüdafiəçisi Kadi Borges oyundan dərhal sonra klubun tərəfdaşı olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Matc.az xəbər verir ki, müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest