"Çelsi" UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin kapitanı Ris Ceyms oyundan sonra klubun rəsmi saytına açıqlama verib. İngiltərəli müdafiəçi nəticəyə görə məyus olduqlarını bildirib:

“Bakıya təbii ki, qalib gəlmək üçün gəlmişdik. Güclü şəkildə hazırlaşmışdıq və oyuna yaxşı başladıq, hesabda irəli keçdik. Lakin üstünlüyü əldən vermək məyusedicidir. Buraxdığımız qollar bizim baxış bucağımızdan yaxşı deyildi. Rəqibə penalti və demək olar ki, hədiyyə etdiyimiz bir qol var idi. Bəzi vəziyyətlərə kifayət qədər uyğunlaşa bilmədik və buraxdığımız qollar öz səhlənkar oyunumuzun nəticəsidir. Bu, gələcəkdə komanda şəklində üzərində işləməli olduğumuz bir məsələdir.

Onların qolundan sonra oyunun axını dəyişdi. Sadəcə olaraq, biz kifayət qədər yaxşı oynamadıq. Oyunun sonunda qalib gəlmək üçün imkanlarımız var idi, amma onlardan istifadə etmədik. 3 xal qazana bilməməyimizə görə yalnız özümüzü günahlandıra bilərik.”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest