“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx klubla yeni müqavilə imzalamağa yaxınlaşır.

Matc.az xəbər verir ki, tərəflər 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutulan anlaşma barədə danışıqlar aparır və yalnız son detalların razılaşdırılması qalıb.

Niderlandlı futbolçunun mövcud sözləşməsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. Ötən yay Səudiyyə Ərəbistanının adları açıqlanmayan bir klubu 23 yaşlı oyunçuya sərfəli təklif göndərmişdi. Lakin oyunçu kluba sədaqət göstərərək “Liverpul”da qalmağa qərar vermişdi.

Qravenberx cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 3 qol vurub, 2 qol ötürməsi edib.

“Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Arne Slotun komandasının növbəti oyunu 22 noyabr tarixində “Nottingem Forest”ə qarşı keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest