05 Dekabr 2025, 11:41
FUTBOL
"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
"Bavariya" kamerunlu futbolçunu transfer etmək istəyir. İngiltərə klubu 21 yaşlı dayaq 85 milyon avroya satmağa hazırdır. "Bavariya"nın bu məbləği ödəməyə razı olacağı istisna edilmir.
Qeyd edək ki, Karlos Baleba bu mövsüm "Brayton"un heyətində 17 rəsmi oyunda meydana çıxıb.












