05 Dekabr 2025, 11:57
FUTBOL
Futbol üzrə Albaniya çempionatında 14-cü turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Flamurtari"ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq bu matçın iştirakçısı olmayıb. 24 yaşlı mərkəz müdafiəçisi sona qədər ehtiyatda qalıb.
14 turdan sonra 25 xal toplayan "Eqnatiya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Onlar lider "Elbasani"dən 1 xal geri qalırlar.












