İstanbul Baş Prokurorluğu futbolda danışılmış oyunlarla bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirib.

Matc.az xəbər verir ki, bununla bağlı bir neçə futbolçu və klub rəsmisi saxlanılıb. Məlumatı "EKOL TV" yayıb.

Saxlanılanlar arasında "Fənərbaxça"nın kapitanı Mert Hakan Yandaş, "Qalatasaray"ın müdafiəçisi Mehetah Baltacı, "Adana Demirspor"un sabiq prezidenti Murat Sancak və keçmiş hakim Ahmet Çakar da var.

Metehan öz komandasının oyununa pul qoyuluşu edib. Mert Hakan isə başqasının hesabı ilə mərc oynayıb.

Əməliyyat çərçivəsində ümumilikdə 46 nəfər saxlanılıb. Onlardan 27-si futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest