05 Dekabr 2025, 21:46
FUTBOL
"Real" PSJ-nin 21 taşlı yarımmüdafiəçisi Joau Neveşi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu portuqaliyalı futbolçü üçün 150 milyon avro ödəməyə razıdır.
PSJ isə Neveşi satmaq fikrində deyil və oyunçunu komandada saxlamaq istəyir.
Qeyd edək ki, Joau Neveş Paris klubuna ötən ilin yayında, 65 milyon avroya "Benfika"dan keçib. Bu müddət ərzində o, 70 oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə edib.




_1764965402.jpg)







