"Qalatasaray" Türkiyə Kuboku qrup mərhələsinin IV turunun "Alanyaspor"la matçına ciddi itkilərlə çıxacaq.

Matc.az xəbər verir ki, baş məşqçi Okan Buruk Uğurcan Çakır, Abdulkerim Bardakcı, Davinson Sançes, Mario Lemina və Viktor Osimhenə istirahət verib.

Yunus Akgün, Roland Şallai və Mauro İkardinin isə yüngül zədəsi var. Adıçəkilən 8 futbolçu komanda ilə birlikdə Alanyaya aparılmayıb.

Qeyd edək ki, "Alanyaspor" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest