02 Mart 2026, 18:03
FUTBOL
"Mançester Yunayted" Meyson Mauntla yollarını ayırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızı şeytanlar" ümidləri doğrultmayan 27 yaşlı yarımmüdafiəçini yayda satmaq istəyir. Klub İngiltərə millisinin üzvü üçün gələn təklifləri dəyərləndirəcək.
"Aston Villa"nın təcrübəli oyunçunun xidmətində maraqlı olduğu bildirilir.
Qeyd edək ki, Meyson Maunt bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 19 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.










_1772464004.jpeg)

