"Bolonya"nın müdafiəçisi Con Lukumi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" kolumbiyalı mərkəz müdafiəçisini transfer etmək istəyir. İstanbul nəhəngi İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixində başa çatan 27 yaşlı futbolçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Con Lukumi bu mövsüm "Bolonya"nın heyətində keçirdiyi 29 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest