"Real"ın 26 yaşlı fransız hücumçusu Kilian Mbappe "Mahou" jurnalı tərəfindən noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mbappe azarkeşlərin səsverməsində Tibo Kurtua, Eder Militao, Vinisius Junior və Arda Güleri geridə qoyub.

Noyabr ayında Mbappe bütün yarışlarda 6 oyunda 7 qol vurub və bir məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında "Olimpiakos"a qarşı oyunda (4:3) dörd qol vurub.

Qeyd edək ki, fransalı hücumçu cari mövsüm üçüncü dəfə bu mükafata layiq görülüb. Mbappe avqust və sentyabr aylarının da ən yaxşı oyunçusu seçilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest