"İnter Mayami"nin hücumçusu Luis Suares Amerika klubundan ayrılıb Uruqvayın "Nasional" komandasına qayıtmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "The Touch Line" məlumat yayıb.

Bildirilir ki, qarşıdakı günlər onun gələcəyini müəyyən etmək üçün çox vacib olacaq. Suares dostları Nikolas Lodeyro və Sebastian Koateslə birlikdə oynamaq istəyir.

Qeyd edək ki, bu mövsüm 38 yaşlı uruqvaylı "İnter Mayami"də bütün yarışlarda 42 oyun keçirib, 14 qol vurub və 15 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest