"Real"ın qapıçısı Tibo Kurtua klubun qış "transfer pəncərəsi" dövründə iki yüksək səviyyəli müdafiə oyunçusu ilə müqavilə bağlanmalı olduğuna inanır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı belçikalı bu barədə klub rəhbərliyini məlumatlandırıb. O, hesab edir ki, bu transferlər olmadan Madrid mövsümün sonunda əvvəlki mövsümdə olduğu kimi eyni problemlərlə üzləşəcək.

Kurtuanın düşüncəsinə görə, "Real"ın heyəti müdafiədə balanssızdır və gücləndirilməlidir.

Madrid klubunun rəhbərliyi üçün prioritet seçimlər iki mərkəz müdafiəçisidir - "Liverpul"dan İbrahima Konate və "Kristal Pelas"dan Mark Qehi.

Qeyd edək ki, "Real" 15 turdan sonra La Liqanın turnir cədvəlində ikinci, Çempionlar Liqasının Liqa mərhələsində isə beşinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest