08 Dekabr 2025, 09:20
FUTBOL
"Real"ın qapıçısı Andrey Lunin "Milan"a keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calcio Mercato" məlumat yayıb.
"Milan" Mayk Menyanın müqaviləsi ilə bağlı vəziyyətə görə Madrid klubunun qolkiperinə maraq göstərir.
Fransız futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ildə bitir və Menyan hələlik müqavilənin uzadılması barədə heç bir addım atmayıb. Qapıçı ilə "Yuventus" və "Bavariya" maraqlanır.
Luninin Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir. Qeyd olunur ki, ukraynalı futbolçunun Luka Modriçlə əla münasibətləri var və bu münasibətlər xorvatiyalı futbolçunun "Real"dan "Milan"a keçdikdən sonra da davam edib. Bu, amil mümkün transferdə rol oynaya bilər.




_1765135912.jpg)







