Qadın Futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçısı Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının qapıçısı Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

Matc.az xəbər verir ki, 23 yaşlı qolkiper "Girəsun Sanayispor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı "əlcək sahibi" ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Nərgiz Əliyevanın son klubu Türkiyədə "Fatih Vətən" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest