"Mançester Siti"nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 16-cı turunda "Kristal Pelas" üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda 2 qol vurub.

Matc.az xəbər verir ki, bununla da o, portuqaliyalı oyunçu Kriştiano Ronaldonun Premyer Liqa klubu üçün vurduğu qolların sayını keçib.

Halandın "Mançester Siti"də 168 oyunda 147 qolu var. Kriştiano Ronaldo isə "Mançester Yunayted"də 346 oyunda 145 qol vurub.

Qeyd edək ki, bu mövsüm 25 yaşlı Erlinq Haland klubun bütün turnirlərdə 22 oyununda meydana çıxıb, 23 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest