"Elçe"nin 16 yaşlı ukraynalı yarımmüdafiəçisi İvan Tretyakov İspaniyanın "Betis" klubuna keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı futbolçu sosial şəbəkə hesabında paylaşıb.

Tretyakovun yeni klubu ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Transferin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, ukraynalı yarımmüdafiəçi U-19 komandasında oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest