10 Yanvar 2026, 14:50
FUTBOL
"Tottenhem" sol cinah müdafiəçisi Joao Viktor de Souzanın transferi üçün "Santos"la prinsipial razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
Transfer haqqı 15 milyon avro olaraq qiymətləndirilir. 19 yaşlı futbolçu bu qış Londonluların ilk transferi olacaq.
Souzanın tezliklə İngiltərəyə gedərək tibbi müayinədən keçəcəyi, bundan sonra tərəflərin transferi açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Joao Viktor 2024-cü ilin qışında debüt etdiyi vaxtdan bəri "Santos"da 38 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.












