Belçikalı cinah oyunçusu Yannik Ferreyra Karrasko qış "transfer pəncərəsi"ndə Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubundan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romanonun yayıb.

32 yaşlı futbolçu sağ cinah oyunçusu İtaliyanın "Yuventus" klubu da daxil olmaqla bir neçə Avropa klubunun marağına səbəb olub.

Turin klubu "Liverpul"un oyunçusu Federiko Kyezanı transfer etmək istəyir, lakin "mersisaydlılar" italyan oyunçunu buraxmağa hazır deyillər.

6 milyon avro dəyərində olan Karrasko 2023-cü ilin sentyabrında "Atletiko"dan 15 milyon avroya "Əl-Şəbab"a keçib. Belçikalı futbolçunun Səudiyyə klubundakı maaşı 13 milyon avrodur. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest