07 Yanvar 2026, 14:20
MPL
"Qarabağ" "Myallbü"nün müdafiəçisi Abdullah İqballa maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Fotbooldirekt.se" saytı məlumat yayıb.
Azərbaycan çempionu pakistanlı futbolçu üçün təklif göndərməyə hazırlaşır. İsveç çempionunun 23 yaşlı mərkəz müdafiəçisini "Ferentsvaroş" və "Gent" də transfer etmək istəyir.
Qeyd edək ki, Abdullah İqbal başa çatan mövsümdə "Myallbü"nün heyətində keçirdiyi 24 oyunda 2 qol ötürməsi edib. "Transfermarkt" portalı Pakistan millisinin üzvünün dəyərini 2 milyon avro təyin edib.












