13 Yanvar 2026, 17:13
FUTBOL
İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, London təmsilçisinin aparıcı üzvlərindən olan Rodriqo Bentankur sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı yarımmüdafiəçi sağ ayaq əzələsindən əməliyyat olunub. 28 yaşlı futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Rodriqo Bentankur bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 28 oyunda 1 qol vurub, 1 qol ötürməssi edib.



_1768327404.jpg)








