“Real Madrid”in mərakeşli futbolçusu Brahim Diazın gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.

Matc.az xəbər verir ki, Türkiyə mətbuatında adı “Beşiktaş”la da hallanan 27 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsini uzatmaq barədə razılığa gəldiyi bildirilir.

“AS” nəşrinin məlumatına görə, “Real Madrid” mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə yeni anlaşma əldə edib.

 

Beləliklə, Brahim Diaza maraq göstərdiyi iddia olunan “Beşiktaş”ın transfer planları çətinləşə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest