İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Brunu Fernandeş karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, “Tuttosport” nəşrinin məlumatına görə, “Yuventus” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Turin təmsilçisi futbolçunun transferi ilə bağlı artıq ilkin marağını ifadə edib.
Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyununda başa çatır. İngiltərə klubu sözləşməni daha bir mövsüm uzatmaq hüququna malikdir. Tərəflər yeni müqavilə ilə bağlı danışıqlar aparsalar da, futbolçu prosesi müvəqqəti dayandırıb.
“Hazırda bunun üçün doğru vaxt deyil. İndi yalnız oyunlarda qalib gəlməyə diqqət yetirək. Daha sonra hazırda vacib hesab etmədiyim müqavilə məsələsini müzakirə edə bilərik”, – deyə Bruno Fernandeş bildirib.
Məlumata əsasən, futbolçu mövsümün sonunda azad agent olacağı təqdirdə “Milan”ın da diqqət mərkəzində olacaq. Portuqaliyalı yarımmüdafiəçi İtaliyaya qayıtmağa müsbət yanaşır. O, daha əvvəl bu ölkədə “Novara”, “Udineze” və “Sampdoriya” klublarının formasını geyinib.
Fernandeşin keçmiş klubu “Sportinq”ə qayıtması da mümkün variantlardan biri kimi göstərilir. “Mançester Yunayted” bu gün Çempionlar Liqasında Lissabon təmsilçisinin qonağı olacaq.
“Sportinq”ə mümkün qayıdışla bağlı danışan futbolçu bu ehtimalı istisna etməyib:
“Heç vaxt “Sportinq”ə qayıtmaq qapısını bağlamayacağam. Bu klub həmişə qəlbimdə xüsusi yer tutacaq”.

_1694704723.png)











