24 Noyabr 2026, 20:06
TOP OYUNLARI
Bu gün qadın və kişi voleybolçuların Super Liqasında növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, kişi voleybolçuların Super Liqasında VI tura start verilib. GİN-in Voleybol Mərkəzində turun ilk qarşılaşmasında “Murov Az Terminal” və “ORDU” komandaları üz-üzə gəlib. Oyun “ORDU” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadın voleybolçuların Super Liqasında isə IV tura start verilib. “Milli Aviasiya Akademiyası” və “Naxçıvan” klubları “Milli Aviasiya Akademiyası” VK-nın idman zalında qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, kişilərin Super Liqasında turun növbəti oyunu noyabrın 26-da keçiriləcək. Həmin gün Abşeron OİK-də “Gənclər” və “AZERRAIL” komandaları qarşılaşacaqlar.
Qadınların Super Liqasında isə turun növbəti görüşü noyabrın 27-də baş tutacaq. Həmin oyunda “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
24 noyabr
Super Liqa (kişilər)
VI tur
“Murov Az Terminal” – “ORDU” 1:3 (15:25, 13:25, 27:25, 21:25)
GİN-in Voleybol Mərkəzi
Super Liqa (qadınlar)
IV tur
“Milli Aviasiya Akademiyası” - “Naxçıvan” 3:1 (29:27, 22:25, 25:17, 25:23)
“Milli Aviasiya Akademiyası” VK-nın idman zalı









_1694603125.png)



