28 Yanvar 2026, 10:10
FUTBOL
"Beşiktaş"ın hücumçusu Temmi Abraham ölkəsinə qayıdıb.
Matc.az xəbər verir ki, "Aston Villa" ingiltərəli forvardı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Abraham üçün İstanbul klubuna 21 milyon avro təzminat ödəyib. 28 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Temmi Abraham mövsümün əvvəlindən "Beşiktaş"da çıxış edirdi. İngiltərə millisinin üzvü "qara qartallar"ın heyətində keçirdiyi 26 oyunda 13 qol vurub, 3 qol ötürməsi edib.












