31 Yanvar 2026, 22:30
FUTBOL
"İnter"in "Əl-İttihad"ın yarımmüdafiəçisi Mussa Diabi üçün etdiyi təklif qəbul edilməyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.
Bildirilir ki, İtaliya klubu 26 yaşlı futbolçu üçün almaq hüququ ilə birlikdə 28 milyon avroluq təklif təqdim edim. Lakin Səudiyyə Ərəbistanı klubu 40 milyon avro istədiyi üçün təklifi rədd edib və tərəflər razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Diabi bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 16 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.












