"İnter"in baş məşqçisi Kristian Çivu yanvar ayı üçün A Seriyasının ən yaxşı məşqçisi seçilib.

Matc.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Onun rəhbərliyi altında "İnter"in bu ay 6 oyun keçirib, 5 qələbə qazanıb və 1 oyunda hazırkı çempion "Napoli" ilə heç-heçə edib (2:2).

Qeyd edək ki, "İnter" 22 oyundan sonra 52 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Milan"ı 5 xal qabaqlayır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest