"Atalanta"nın hücumçusu Ademola Lukman "Atletiko"ya keçir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.

Bildirilir ki, tərəflər arasında tam razılıq əldə edilib. Madrid klubu 35 milyon avro məbləğində ödəniş edəcək, əlavə 5 milyon avro bonus şəklində veriləcək. 28 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, Lukman 2022-ci ilin yayından "Atalanta"da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 137 oyunda meydana çıxıb, 55 qol vurub və 27 məhsuldar ötürmə edib.

2024-cü ildə nigeriyalı cinah oyunçusu "Atalanta" ilə Avropa Liqasının qalibi olub. Elə həmin il Lukman Afrikanın ən yaxşı oyunçusu seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest