Rusiyalı qolkiper Nikita Xaykin UEFA Çempionlar Liqası Liqa mərhələsinin ən yaxşı qapıçı seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, rusiyalı qolkiper "Budo-Qlimt"ın heyətində 8 oyunda 49 seyv edib. Bu reytinqdə ikinci yerdə "Real"ın belçikalı qapıçısı Tibo Kurtua (41), ilk "üçlüy"ü isə "Marsel"in argentinalı qolkiperi Jeronimo Rulli və Qazaxıstanın "Kayrat" klubunun qapıçısı Temirlan Anarbekov (hər biri 36 seyv) tamamlayır.

TOP-10-luqda "Qarabağ"ın qapıçı Mateuş Koxalski də var. Polşalı qolkiper 30 seyv ilə yadda qalıb.

1. Nikita Xaykin ("Budo-Qlimt") – 49 seyv
2. Tibo Kurtua ("Real") – 41 seyv
3-4. Jeronimo Rulli ("Marsel") və Temirlan Anarbekov ("Kayrat") – hər biri 36 seyv
5. İndrix Stanek ("Slaviya") – 34 seyv
6-8. Mateuş Koxalski ("Qarabağ), Matey Kovar (PSV), Dominik Kotarski ("Kopenhagen") – hər biri 30 seyv
9. Nik Poup ("Nyukasl") – 28 seyv
10. Anatoli Trubin ("Benfika) – 27 seyv

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest