05 Fevral 2026, 10:56
FUTBOL
İngiltərə Liqa Kubokunda ikinci yarımfinal oyunu keçirilib.
Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl" səfərdə "Mançester Siti"nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Şəhərlilər" bu nəticə ilə adını finala yazdırıb. "Mançester Siti" həlledici görüşdə "Arsenal"la üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"la ilk oyunu ayın 21-də Bakıda keçiriləcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
"Mançester Siti" - "Nyukasl" 3:1 (ilk oyun 2:0)
Qollar: Omar Marmuş, 7, 29, Ticani Reynders, 32 – Antoni Elanqa, 62.

_1770295112.jpg)










