04 Fevral 2026, 16:04
FUTBOL
Səudiyyə Ərəbistanının bəzi küçələrində "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun itkin düşməsi ilə bağlı ironik posterlər peyda olub.
Matc.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Bildirilir ki, posterdəki fotodakı mətndə "ailəsi onu axtararkən təsəllisiz ağlamağa məcbur olan 40 yaşlı kişi" yazısı qeyd olunub.
Kriştianonun klubla müqaviləsini ləğv etməyi düşündüyü bildirilir. Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.




_1770223868.jpg)







