03 Fevral 2026, 08:44
FUTBOL
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Matc.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz”dan transfer edilib.
Faktla bağlı araşdırma aparılır (qafqazinfo).












