"Sanderlend"in qapıçısı Robin Rufs Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football insider" məlumat yayıb.

"Çelsi", "Liverpul" və "Mançester Siti" niderlandlı qolkiperin xidmətində maraqlıdır. "Sanderlend" mövsümün sonunda Rufsu satmağa hazırdır. Onlar 23 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edəcəklər.

Qeyd edək ki, Robin Rufs bu mövsüm "Sanderlend"in heyətində keçirdiyi 25 oyunda 27 qol buraxıb. O, 8 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest