10 Fevral 2026, 11:25
FUTBOL
"Barselona" və Braziliya millisinin yarımmüdafiəçisi Rafinya sağ omba nahiyəsindəki problem səbəbindən son iki oyunu buraxdıqdan sonra fiziki vəziyyəti barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" paylaşıb.
"Özümü daha yaxşı hiss edirəm. Cümə axşamı oynamaq şansım var. Komanda üçün darıxıram", - deyə Rafinya açıqlama verib.
Qeyd edək ki, fevralın 12-də "Barselona" İspaniya Kral Kuboku yarımfinalının ilk oyununda Madrid "Atletiko"su ilə qarşılaşacaq.










_1770737324.png)

