Mövsümün sonunda "Köln"lə müqaviləsi başa çatan Erik Martel karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş" almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi yayda azad agent statusunda olacaq Martellə danışıqlara başlamağı planlaşdırır. "Qara qartallar" 23 yaşlı dayaq yarımmüdafiəçisinə cəlbedici maaş təklif edəcək.

Almaniya U-21 millisinin sabiq üzvü ilə "Ştutqart", "Seltik" və "Fiorentina" da maraqlanır.

Qeyd edək ki, Erik Martel bu mövsüm "Köln"ün heyətinə keçirdiyi 29 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest