13 Aprel 2026, 13:27
FUTBOL
Mark Kasado mövsümün sonunda "Barselona"dan ayrılmaq qərarı verib.
Matc.az xəbər verir ki, əsas heyətə düşə bilmədiyi üçün klubdan ayrılmaq istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
İspaniya çempionu Kasado üçün gələn təklifləri dəyərləndirəcək. Klub 22 yaşlı dayaq yarımmüdafiəçisinə 20 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Mark Kasado bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 30 oyunda 1 qol ötürməsi edib.




_1776088454.jpg)







