"Hoffenhaym" müdafiəçi Ozan Kabakın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Türkiyə milli komandasının üzvü ilə 2030-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Klub yaxın günlərdə bununla bağlı rəsmi açıqlama verəcək.

Qeyd edək ki, Ozan Kabak 2022-ci ilin yayından "Hoffenhaym"da çıxış edir. 26 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest