12 Fevral 2026, 16:36
FUTBOL
"Real"ın futbolçusu Cud Bellingemin yaşıl meydanlara qayıdışı gecikir.
Matc.az xəbər verir ki, ingiltərəli hücumameyilli yarımmüdafiəçinin bərpa prosesi ləng keçir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
22 yaşlı oyunçu ən yaxşı halda aprel ayında kollektivlə birlikdə məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, Cud Bellingem bu mövsüm "Real"ın heyətində keçirdiyi 28 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.

_1770918220.jpg)
_1770917062.jpg)









