Tomas Tuxel İngiltərə milli komandasının baş məşqçisi olaraq qalır.

Matc.az xəbər verir ki, 52 yaşlı alman məşqçi ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

Tuxel 2025-ci ilin yanvar ayından bəri İngiltərə millisinə rəhbərlik edir. O vaxtdan bəri komanda onun rəhbərliyi altında 10 oyun keçirib və 2026-cı il dünya dünya çempionatına vəsiqə qazanıb. İngiltərə yığması seçmə mərhələdə nə qapısında qol görüb, nə də məğlub olub.

Qeyd edək ki, DÇ-2026-da İngiltərə millisi Xorvatiya (17 iyun), Qana (23 iyun) və Panama (28 iyun) ilə qarşılaşacaq.

Bundan əvvəl mediada Tuxelin 2026-cı il Dünya Kubokundan sonra "Nyukasl Yunayted"i idarə edə biləcəyi ilə bağlı şayiələr yayılmışdı.

Qeyd etmək lazımdır ki, Tuxel əvvəllər "Mainz", "Auqsburq", "Ştutqart", "Borussiya Dortmund", "Çelsi" və PSJ-də çalışıb. O, "Mainz"da tək bir klubda ən çox oyunu idarə edib (183).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest